MƏDƏNİYYƏT


Qırğızıstanda keçiriləcək beynəlxalq film festivalında Azərbaycan da iştirak edəcək

Bişkek, 9 dekabr, АZƏRTAC

Dekabrın 12-dən 15-dək Bişkekdə “Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” adlı ənənəvi beynəlxalq film festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, paytaxtın “Manas” kinoteatrında baş tutacaq festivalda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstanın kinematoqrafçıları iştirak edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, builki festivalda iştirakla bağlı uzaq xarici dövlətlər və MDB ölkələrindən çoxlu müraciət daxil olub. Nümayiş üçün 14 xarici, 17 milli film seçilib.

Seçilən filmlərin arasında Azərbaycan rejissoru Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmi də var.

Dekabrın 15-də “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Münsiflər heyətinin xüsusi prizi” və “Tamaşaçı simpatiyası prizi” nominasiyalarında qaliblər elan olunacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.