MƏDƏNİYYƏT


Qırğızıstanda keçirilən beynəlxalq festivalda Azərbaycan da iştirak edir

Bişkek, 24 sentyabr, АZƏRTAC

Qırğızıstanda Beynəlxalq Dünya Eposlarının VI festivalının açılış mərasimi olub.

AZƏRTAC Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala dünyanın 20 ölkəsindən nümayəndələr qatılıb.

Tədbirdə ölkəmizi kulturoloq Əbülfəz Babazadə təmsil edir. Sentyabrın 25-dək davam edəcək festivalda müxtəlif xalqların milli oyunları, konsertlər keçiriləcək. Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar da olacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.