DÜNYA


Qırğızıstanda koronavirusa yoluxanların sayı 1845 nəfərdir

Bişkek, 2 iyun, АZƏRTAC

Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 1845 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, indiyədək bu virusdan 1219 nəfər sağalıb, 17 xəstə ölüb.

Nazir müavini vurğulayıb ki, son sutka ərzində 2 həkim koronavirusa yoluxub. Pandemiya dövründə isə ölkədə 364 həkim və orta tibb işçisi koronavirusa tutulub, onların 254-ü sağalıb.

N.Usenbayev deyib ki, bu gün Minskdən 179 Qırğızıstan vətəndaşı Bişkekə gətirilib və karantinə yerləşdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.