DÜNYA


Qırğızıstanda koronavirusa yoluxanların sayı 45 minə çatıb

Bişkek, 9 sentyabr, АZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19 virusuna 87 nəfər yoluxub və yoluxanların ümumi sayı 44 min 613-ə çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə ölkədə 178 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 40 min 337-dir.

Son gün ərzində virusa 1 tibb işçisi yoluxub və hazırda bu göstərici 3 min 159 nəfərə çatıb.

Xəstəxanalarda 2 min 908 koronaviruslu pasiyentin müalicə olunduğu bildirilir.

Məlumatda qeyd edilir ki, pandemiya dövründə hamilə qadınlar arasında koronavirusdan 16 ölüm faktı qeydə alınıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.