DÜNYA
Qırğızıstanda koronavirusa yoluxanların sayı 50 minə çatıb
Bişkek, 13 oktyabr, АZƏRTAC
Qırğızıstanda COVID-19-a yoluxanların sayı getdikcə artır. Dünən ölkədə koronaviruslu xəstələrin sayı 298 nəfər idisə, son gün ərzində belə pasiyentlərin sayı 343 nəfər olub. Pandemiya dövründə isə yoluxma sayı 49 min 871 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, sutka ərzində ölkədə190 xəstə sağalıb və evə gedənlərin sayı 44 min 712-yə çatıb. Son gündə 12, pandemiya dövründə isə 3 min 449 tibb işçisində COVID-19 aşkar edilib.
Bildirilir ki, xəstəxanalarda 1776, ambulator şəraitdə isə 1833 nəfər müalicə olunur.
Son sutkada 2, ümumiyyətlə isə 1092 xəstə həyatını itirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]