DÜNYA


Qırğızıstanda koronavirusa yoluxanların sayı 58 minə çatıb

Bişkek, 29 oktyabr, АZƏRTAC

Son gündə Qırğızıstanda COVID-19-a yoluxanların sayı 522, pandemiya dövründə isə 57 min 798 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 460, ümumiyyətlə isə 49 min 97 xəstə sağalıb.

Son 24 saat ərzində virusdan 1 nəfər həyatını itirib, ölənlərin sayı 1138 nəfərə çatıb.

Stasionarda 3 min 444, ev şəraitində 3 min 580 xəstə müalicə olunur.

Son sutkada 3, ümumiyyətlə isə 3 min 605 tibb işçisi COVID-19-a yoluxub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.