DÜNYA


Qırğızıstanda koronavirusa yoluxma sayı 64 minə çatıb

Bişkek, 10 noyabr, АZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19-a 570 nəfər yoluxub. Pandemiya dövründə bu göstərici 63 min 960 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə 416, ümumiyyətlə isə 54 min 774 xəstə sağalıb.

Son sutkada koronavirusdan 3 nəfər dünyasını dəyişib, ölənlərin sayı 1185 nəfər olub.

Xəstəxanalarda 3 min 445, ev şəraitində 3 min 645 pasiyentin müalicə olunduğu bildirilir.

Qeyd edilir ki, son 24 saatda 5, ümumiyyətlə isə 3 min 654 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 445-i sağalaraq evə buraxılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.