CƏMİYYƏT


Qırğızıstanda nadir çiçəyə görə bütöv qoruq bağlanıb

Qırğızıstanda nadir çiçəyə görə bütöv qoruq bağlanıb

Bakı, 1 aprel, AZƏRTAC

Qırğızıstanın Batken vilayətində nadir Aygül çiçəyinin qorunması üçün “Aygül-Too” botanika qoruğu üç il müddətinə bağlanıb.

AZƏRTAC Qırğızıstan saytlarına istinadla xəbər verir ki, qoruq 2023-cü il aprelin 1-dən 2026-cı il aprelin 1-dək turistlər üçün bağlı olacaq. Bu tədbir nadir çiçəyin qorunması üçün görülüb.

Bu endemik bitki yalnız Batkendən təxminən 17 kilometr məsafədə yerləşən Aygül-Taş dağının yamaclarında gül açır. Nadir çiçək toxum cücərməsindən 7-8 il sonra açılır.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti bu ərazini kənd təsərrüfatı torpaqları kateqoriyasından çıxararaq ona xüsusi mühafizə olunan ərazi statusu veriblər. Qoruğun sahəsi — 253,9 hektar təşkil edir.

Xalq arasında yayılan rəvayətə görə açılmış Aygül çiçəyini görən ilk insan sonsuz dərəcədə xoşbəxt olacaq. Çiçək dərildiyi təqdirdə bir daha bitmir. Xəbərdarlıq və cərimələrə baxmayaraq, turistlərdən bəziləri Qırmızı kitabdan olan bitkini yerindən qoparırlar.

1978-ci ildə Eduardın Laləvər otu (Aygülün elmi adı) SSSR-in, 2004-cü ildə isə Qırğızıstanın Qırmızı kitabına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.