DÜNYA


Qırğızıstanda sutka ərzində COVID-19-a 552 nəfər yoluxub

Bişkek, 11 iyul, АZƏRTAC

Sutka ərzində Qırğızıstanda koronavirusa 552 nəfər yoluxub və beləliklə, xəstələrin sayı 9910-a çatıb.

Son gündə ölkədə COVID-19-dan 3, pnevmoniyadan 32 nəfər dünyasını dəyişib.

Qırğızıstanın sabiq müftisi, tanınmış din xadimi Çubak ajı Jalilov da koronavirusdan vəfat edib.

Sutka ərzində 79, indiyədək isə 1529 tibb işçisi bu virusa yoluxub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.