DÜNYA


Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb

Bişkek, 15 oktyabr, AZƏRTAC

Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə o, Hökumət evi qarşısında mitinqçilərin qarşısında çıxış edərkən deyib.

S.Japarov bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş Nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.

Xatırladırıq ki, bu gün Qırğızıstanın Prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.