DÜNYA


Qırğızıstanın Cəlalabad şəhər infeksiya xəstəxanası həkimlərin koronavirusa yoluxması səbəbindən bağlanıb

Bişkek, 8 aprel, АZƏRTAC

Qırğızıstanın üçüncü ən böyük şəhəri olan Cəlalabadın infeksiya xəstəxanası həkimlərin və digər tibb personalının koronavirusa yoluxması səbəbindən bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə naziri Sabirjan Abdıkarimov Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir deyib ki, xəstələr Oş şəhərinin xəstəxanalarına köçürülüb. Xəstəxanada tam dezinfeksiya işləri aparıldıqdan sonra açılacaq.

Hazırda ölkədə 270 koronavirus xəstəsi var, onların 32-si tibb işçisidir. Bu ölkədə koronavirusdan 4 nəfər ölüb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.