MƏDƏNİYYƏT
Qırğızıstanın Xalq şairinə Mədəniyyət nazirinin fəxri fərmanı təqdim olunub
Ankara, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstanın Xalq şairi, bu ölkənin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevi fəxri fərmanla təltif edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı fəxri fərmanı Xalq şairinə onun Ankarada- TÜRKSOY-un mərkəzi qərargahında keçirilən yubiley mərasimində təqdim edib.
Fəxri fərmanda görkəmli qırğız şairinin Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliğində səmərəli fəaliyyəti ilə əlaqədar təltif edildiyi bildirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara