SİYASƏT


Qırğızıstanın portalları Azərbaycanın işğaldan azad olunan yaşayış məntəqələri haqqında xəbərlər yaymaqda davam edir

Bişkek, 26 oktyabr, AZƏRTAC

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycanın Qubadlı şəhərinin və rayonun bir sıra kəndlərin işğaldan azad olunması barədə AZƏRTAC-ın materiallarını yayıb.

Materiallarda Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla bildirilir ki, Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.

Saytlar, həmçinin oktyabrın 25-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirə ilə bağlı xəbərlər yayıblar.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Fox News” televiziya kanalına və “Figaro” qəzetinə verdiyi müsahibələrin tam mətnləri portallar tərəfindən dərc olunub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.