DÜNYA


Qırğızıstanın sabiq Baş naziri Muxammedkalıy Abılqaziyev saxlanılıb

Bişkek, 28 yanvar, АZƏRTAC

Qırğızıstanın sabiq Baş naziri Muxammedkalıy Abılqaziyev qeyri-qanunu varlanma və korrupsiya ittihamı ilə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsi məlumat yayıb.

Bildirilir ki, M.Abılqaziyev ölkənin Baş naziri olarkən qeyri-qanuni yolla İssık-Kul vilayətindəki Kumtor qızıl yatağını işlədən “Kumtor Gold Company” şirkətinə kəşfiyyat işləri aparmaq və qızıl çıxarmaq üçün qoruq zonaları hesabına əlavə sahələr ayırıb.

Qeyd olunur ki, sabiq Baş nazir, həmçinin ölkədə fəaliyyət göstərən mobil operatorlardan birinə qanunsuz olaraq radiotezlik satmaqda ittiham edilir.

Vurğulanır ki, M.Abılqaziyev yüksək dövlət vəzifələrində işlədiyi dövrdə Bişkek şəhərində, Çuy və İssık-Kul vilayətlərində çoxsaylı əmlak əldə edib.

Xatırladırıq ki, M.Abılqaziyev 2018-ci ilin aprel ayından 2020-ci ilin may ayınadək Qırğızıstanın Baş naziri olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.