DÜNYA


Qırğızıstanın sabiq Baş naziri həbs olunub

Bişkek, 3 iyun, AZƏRTAC

Qırğızıstanın sabiq Baş naziri Omurbek Babanov həbs edilib.

AZƏRTAC Bişkekin Pervomaysk rayon məhkəməsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Omurbek Babanov Baş nazir olduğu dövrdə “Kumtor” qızıl mədənində həyata keçirilən layihə ilə bağlı korrupsiyada ittiham olunur.

Məlumatda deyilir ki, məhkəmə prosesi başa çatanadək sabiq Baş nazir üçün iki ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonrası isə məhkəmənin qərarından asılıdır.

Xatırladırıq ki, Omurbek Babanov sabiq dövlət başçısı Almazbek Atambayevin dövründə Baş nazir olub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.