DÜNYA


Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev məhkəməyə getməkdən imtina edib

Bişkek, 11 oktyabr, АZƏRTAC

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev Bişkekin Pervomaysk rayon məhkəməsinə getməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, Almazbek Atambayevin vəkili Sergey Slesarev sabiq prezidentin bu qanunsuzluqlarda iştirak etmək fikrinin olmadığını bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, avqustun 7-8-də sabiq prezidentin tutulması üçün keçirilən əməliyyatda hər iki tərəfdən ümumilikdə 136 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, onun müalicəsi davam etdirilir.

Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. Almazbek Atambayev kütləvi iğtişaşlar törətmək, hökumət qüvvələrinə qarşı güc tətbiq etmə, dövlət çevrilişi, adam öldürmə, korrupsiya, "qanuni oğru" Əziz Butukaevin qanunsuz yolla azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər maddələrlə ittiham olunur.

Xatırladaq ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.