DÜNYA


Qırğızıstanın sabiq Prezidentinin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edilib

Bişkek, 20 avqust, АZƏRTAC

Bu gün Bişkekin Birmay məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə keçmiş Prezidentin vəkili Sergey Slesarev məlumat verib. O deyib ki, sabiq Prezident qanunsuz olaraq həbs edilib və Azmazbek Atambayevin azad edilməsi ilə bağlı yuxarı instansiyalara müraciət ediləcək.

Xatırladırıq ki, sabiq Prezident avqustun 8-dən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi ixtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.