DÜNYA


Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişində günahlandırılır

Bişkek, 13 avqust, АZƏRTAC 

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişində günahlandırılır.

Bu barədə Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Otumbaev Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

O deyib ki, sabiq prezident və onun tərəfdarları dövlət qüvvələrinə silahlı müqavimət göstərib və hətta Almazbek Atambayev öldürmək məqsədilə xüsusi təyinatlılara 6 dəfə odlu silahdan atəş açıb. Eks-prezident tutulduqdan sonra onun iqamətgahında çoxlu silah və sursat - müxtəlif tipli avtomatlar, snayper silahları, tapança aşkar olunub. İqamətgahın üçüncü mərtəbəsi müdafiə üçün hərbi bunker rolunu oynayıb.

Qırğızıstan Baş Prokurorluğunun idarə rəisi Zamir Beyşekeev isə jurnalistlərə bildirib ki, Almazbek Atambayev xüsusi ağır cinayətlərdə, o cümlədən adam öldürmə maddəsi ilə günahlandırılır və ömürlük həbs cəzasına məhkum edilə bilər.

Almazbek Atambayev, həmçinin korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.