SİYASƏT


Qırğızıstanın xarici işlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Bişkek, 28 noyabr, АZƏRTAC

Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov Bişkekdə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk Şurasına üzv olan dövlətlərin qarşılıqlı fəaliyyəti, Çolpon-Atada keçirilən TDƏŞ-in altıncı Zirvə Görüşündə dövlət başçılarının qəbul etdikləri qərarların icrası ilə bağlı müzakirələr aparılıb.

Söhbət zamanı türk institutlarının formalaşdırılması, bu qurumların səmərəliliyinin artırılması, Türk Şurasının beynəlxalq fəaliyyəti və 2019-cu il üçün planlaşdırılan tədbirlər planı diqqət mərkəzində olub.

Ç.Aydarbekov qeyd edib ki, üzv ölkələr arasında iqtisadi-ticarət, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, bu sahələrdə konkret layihələrin həyata keçirilməsinə diqqət artırılmalıdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.