DÜNYA


Qırğızıstanın yeni Baş Naziri və hökuməti təsdiq olunub

Bişkek, 14 oktyabr, АZƏRTAC

Qırğızıstan parlamenti-Joqorku Keneşin oktyabrın 14-də keçirilən iclasında Sadır Japarov ölkənin Baş Naziri kimi təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, iclasda hökumətin digər üzvləri, həmçinin hökumətin strukturu, tərkibi və proqramı da təsdiqlənib.

Beləliklə, Artyom Novikov Baş Nazirin birinci müavini, Ravşan Sabirov, Maksat Mamıtkanov və Aida İsmailova Baş Nazirin müavinləri, Bakıtbek Asmanbayev nazir statusunda hökumət aparatının rəhbəri seçilib.

Sanjar Mukanbekov İqtisadiyyat, Kıyalbek Mukaaşev Maliyyə, Erkinbek Çoduyev Kənd Təsərrüfatı, Yeyinti Sənayesi və Meliorasiya, Bakıt Berdaliyev Nəqliyyat və Yollar, Marat Cumankulov Ədliyyə, Ruslan Kazakbayev Xarici İşlər, Ulan Niyazbekov Daxili İşlər, Boobek Ajikeyev Fövqəladə Hallar, Alımkadır Beyşenaliyev Səhiyyə, Almazbek Beyşenaliyev Təhsil, Uluqbek Koçkorov Əmək və Sosial İnkişaf, Nurjiqit Kadırbekov Mədəniyyət, İnformasiya və Turizm nazirləri vəzifələrini tutublar.

Bildirilib ki, Daxili İşlər naziri, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri və Müdafiə üzrə Dövlət Komitəsinin sədri vəzifələrinə namizədləri prezident təyin edəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.