DÜNYA


Qırğızıstanın yeni Prezidentinin andiçmə mərasimi yanvarın 28-də keçiriləcək

Bişkek, 21 yanvar, АZƏRTAC

Yanvarın 10-da Qırğızıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Sadır Japarovun andiçmə mərasimi yanvarın 28-də olacaq.

AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidentinin vəzifələrini müvəqqəti icra edən Talan Mamıtov andiçmə mərasiminin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması ilə bağlı Fərman imzalayıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) isə Sadır Japarovu rəsmi olaraq Qırğızıstanın Prezidenti elan edib.

MSK-nın sədri Nurjan Şayldabekova seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Sadır Japarov seçicilərin 79,20 faizinin səsini qazanıb.

Nurjan Şayldabekova Sadır Japarova Prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.

Xatırladırıq ki, növbədənkənar prezident seçkilərində 17 namizəd iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.