DÜNYA


Qırğızıstanla TÜRKPA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Bişkek, 15 yanvar, AZƏRTAC

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Surayya Erlə görüşüb.

AZƏRTAC Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə TÜRKPA çərçivəsində çoxtərəfli əməkdaşlığın aktual tərəfləri, türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin dərinləşdirilməsi, parlamentlərarası fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə edilib.

R.Kazakbayev Mehmet Surayya Eri TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, Parlament Assambleyası təsis olunduğu vaxtdan bəri parlament diplomatiyası kimi Türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradıb.

Mehmet Surayya Er 2022-ci ildə keçiriləcək tədbirlər və TÜRKPA-nın beynəlxalq fəaliyyəti haqqında məlumat verib.

Görüşdə bu ilin ikinci yarısında Qırğızıstanda keçiriləcək TÜRKPA-nın 11-ci plenar iclasına hazırlıq məsələləri də müzakirə olunub.

Tərəflər Özbəkistan, Türkmənistan və Macarıstan parlamentlərinin TÜRKPA-nın tam hüquqlu üzvü kimi fəaliyyətlərinin də mühüm amil olduğunu vurğulayıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.