İQTİSADİYYAT


Qırğızıstanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib

Bakı, 4 avqust, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sahib Məmmədov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 4-cü iclasının Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası iqtisadi-ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır. Bununla yanaşı, həyata keçirilən səfərlər, iki ölkə arasında müxtəlif biznes forum və işgüzar görüşlər tərəfdaşlığın gücləndirilməsi baxımından faydalıdır. Ölkələrimiz hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq edir ki, bu da əlaqələrin inkişafında önəm kəsb edir.

Görüşdə Qırğızıstanla nəqliyyat–tranzit, kənd təsərrüfatı, investisiya, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib, Qırğızıstan şirkətləri Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.