REGİONLAR


Qırız kəndinin simvoluna çevrilən eşmə bığlı Hacı Abdurahman baba

Quba, 10 mart , Elxan Yusifli, AZƏRTAC

Eşmə bığlı, gülərüz və zarafatcıl Abdurahman Yaqubov Quba rayonunun Qırız kəndində yaşayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 85 yaşlı ağsaqqal son illər Qırız kəndinin simvoluna çevrilməkdədir. Bu kəndə gələn əcnəbi və yerli turistlər Abdurahman baba ilə şəkil çəkdirib, söhbət etmək imkanını qaçırmır. Maraqlı siması ilə seçilən agsaqqalın özü də qonaqlarla ünsiyyətdən məmnundur. A.Yaqubov onu turistlər arasında populyarlaşdıran eşmə bığlarına hər gün həvəslə qulluq edir.

Abdurahman Yaqubov Qırız kəndindən reportajlar hazırlayan ona yaxın xarici telekanal və internet portalına müsahibə verib.

Həcc ziyarətində olduğundan hamı onu Hacı Abdurahman baba kimi tanıyır. Səkkiz övladı, 26 nəvəsi,19 nəticəsi var.

Hacı Abdurahman baba Qırız kəndində çəkilişlər aparan fotoqraf Dəyanət Rzayevin də diqqətindən yayınmayıb.

Quba rayonunun Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən kənd, Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.