ELM VƏ TƏHSİL


“Qırmızı kitab”ın üçüncü nəşri üçün bitki və göbələk növlərinə dair məlumatlar toplanılır

Bakı, 6 iyun, AZƏRTAC

AMEA-nın Botanika İnstitutunun Elmi şurasında müəssisənin fəaliyyətinə dair bir sıra məsələlər müzakirə olunub.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclası açan institutun direktoru akademik Validə Əlizadə xüsusi karantin rejimi müddətində müəssisənin elmi-təşkilati fəaliyyəti barədə məlumat verib. 2020-ci ilin yarımillik hesabatlarına dair hazırlıq işlərinə başlanıldığını qeyd edən akademik ekspedisiyaların bərpası, həmçinin “Qırmızı kitab”ın üçüncü nəşri üçün seçilmiş bitki və göbələk növlərinə dair vacib məlumatların toplanılması üzrə müəyyən tapşırıqlar verib.

İnstitutun elmi katibi biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova elmi şura üzvlərinə Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiyanın Tədbirlər Planını xatırladıb. İnstitutun müvafiq şöbə və laboratoriyalarının hesabatlarında Tədbirlər Planının strateji məqsədləri, milli hədəfləri və fəaliyyətlərini nəzərə almağın zəruriliyini vurğulayıb.

Mikologiya laboratoriyasının müdiri biologiya elmləri doktoru Dilzarə Ağayeva “Plant and Fungal Research” jurnalının 4-cü nəşrinin tərtibatı üzrə aparılan işlərdən danışıb. Həmçinin Azərbaycan Botaniklər Cəmiyyətinin elmi əsərlərinin çap olunmasına dair məsələləri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.