CƏMİYYƏT


Qırmızı düyü qanda şəkəri və xolesterini normallaşdırır

Bakı, 17 noyabr, AZƏRTAC

Qırmızı düyü qanda şəkərin və xolesterinin normallaşmasına kömək edir.

AZƏRTAC “MedicForum” saytına istinadla xəbər verir ki, qırmızı maya düyü bağırsağın fəaliyyətinə təsir etməklə xolesterini normallaşdırır.

Glisemik indeksə malik olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, xolesterinin qana keçməsinə maneçilik törədən sellüloz vasitəsilə orqanizmi şlaklardan təmizləyir. Bu o deməkdir ki, qırmızı düyü qanda şəkərin səviyyəsinin tez-tez qalxıb düşməsinə imkan vermir.

Bundan əlavə, qırmızı düyü aclığı tez yatırır, uzunmüddətli toxluq hissini qoruyur və diabet xəstələrində problemlər yaradan çəki artımının qarşısını alır.

O cümlədən, qırmızı maya düyü artıq mayenin xaric olunmasına kömək etməklə yanaşı, tərkibində olan dəmir vasitəsilə orqanizmdə anemiyanın inkişaf riskini azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.