CƏMİYYƏT


“Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlanılıb

Bakı, 20 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlarla birlikdə “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlayıb.

AZƏRTAC xəbər verir ki, bunu “Beynəlxalq bitki sağlamlığı ili” ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

“Kitabın hazırlanmasında böyük tədqiqat işləri aparılacaq. Həm aidiyyəti qurumlarla birlikdə çöl işləri, həm də işğaldan azad olunmuş torpaqlarda olan bitkilərlə bağlı tədqiqatlar aparılacaq. Bununla yanaşı, araşdırılmalı olan sahələrdən biri də mineral resurslar, təbii ehtiyatlardır. Onlar da uzun müddətdir ki, tədqiqatlardan kənarda qalıb. Orada da təbii resurslarımızın, su ehtiyatlarımızın araşdırılması və onların bitkilərə təsirinin öyrənilməsi vacibdir.

Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı kitabına” daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib”, - deyə M.Babayev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.