MƏDƏNİYYƏT


“Qırmızı papaq və Redmüzi” tamaşası yeni quruluşda səhnədə

Bakı, 14 iyun, AZƏRTAC 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Qırmızı papaq və Redmüzi” tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri tam fərqli ssenari ilə təqdim olunub. Tamaşada 50-ə yaxın uşaq çıxış edib.

Səhnə əsərində hadisələr uzaq gələcəkdə cərəyan edir. Redmüzinin anası qızının Yer planetinə getməsinə qarşı çıxsa da o, təsadüfən kosmik gəmini ora doğru yönəldir. Redmüzi Yerdə çoxlu dostlar qazanır və insanların yaxşı varlıqlar olduğunu görür. Redmüzi burada Qırmızı papaqla tanış olur və sehrli sözlər deyərək onu öz planetinə, robotların yaşadığı yerə göndərir. Özü isə Yerdə qalaraq canavarla mübarizə aparır...

Qırmızı papağın kosmos sevdası onu kainata aparır. Qırmızı papağın başına kosmosda nələr gəlir? O, nənəsini görə biləcəkmi? Bu və ya digər suallara uşaqlar tamaşaya baxandan sonra cavab tapıblar.

Uşaqlar əylənməklə yanaşı, aktyorlarla canlı ünsiyyətə girərək vaxtlarını səmərəli keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.