CƏMİYYƏT


Qırx dörd günlük müharibə və ölkənin inkişafının keyfiyyətcə yeni mərhələsi

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan dövləti dünyada özünün mühüm rolunu və nüfuzunu 44 günlük müharibə ilə təsdiqlədi. Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrü Prezident İlham Əliyevin adı ilə bağlı oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin sədri, fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.

Y.Ağayev bildirib ki, əldə edilən bütün uğurlar ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin liderlik keyfiyyətləri, eyni zamanda, səmərəli dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsi bütün uğurların əsasında dayanır. Qazanılan uğurlar və zəfərlər Azərbaycan dövlətinin və onun vətəndaşının rifahına hesablanıb. Qırx dörd günlük müharibədən sonra qazanılan zəfər ölkənin milli inkişafının keyfiyyətcə yeni mərhələsi üçün əsas yaradıb.

Azərbaycan Prezidentinin “Siyasətimizin mərkəzində ölkə vətəndaşı dayanır” prinsipi həqiqətə söykənir və bu, qəbul edilən qərarlarda öz təsdiqini tapır. Bu həqiqəti, eyni zamanda, elmi, sosioloji araşdırmalar, beynəlxalq reytinq agentlikləri, Azərbaycanın dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutması təsdiqləyir.

Prezident İlham Əliyevin çağırışı ilə səfərbər olan cəmiyyətimiz əzmkarlıq, iradə və fədakarlıq nümayiş etdirərək, bütün problemlərin öhdəsindən uğurla gəlir. Bu gün bir daha təsdiq olundu ki, Azərbaycan Prezidentinin risklərin qarşısını almaq və onları idarə etmək sahəsində təcrübəsi xalqın xilaskarlıq missiyasına çevrilib. Bu, ölkə vətəndaşlarında əminliyi və inamı artıran ən vacib amil kimi özünü göstərdi. Böyük qayıdışa aparan yolu isə hər birimiz vətəndaş məsuliyyəti ilə yaxınlaşdırmalıyıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.