Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Bakı, 16 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin siyasi iradəsi və məqsədyönlü siyasətinin xalq fədakarlığı ilə birləşdiyi və Zəfər qazanıldığı Vətən müharibəsinin ildönümü tamam olur. Bu müharibə dövlətimizin başçısının fəaliyyətinin tarixi əhəmiyyətini ortaya qoyan ən mühüm hadisələrdən biri oldu. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi Vətən müharibəsində özünü göstərdi. Bunun da əsas amillərindən biri o idi ki, Prezident İlham Əliyev bu siyasəti layiqli bir şəkildə davam etdirdi. Xarici və daxili siyasətin elmi əsaslarla qurulması, xalqla birliyin yüksək səviyyəyə çatması 44 günlük müharibədə əsas amillərdən biri idi. Amma bu zəfərə gedən yol heç də asan olmadı. Bu gün gənclərin bu yolu anlaması üçün müəyyən qədər tarixi ekskursa ehtiyac var. Ona görə də, gərək bu tarixi yola nəzər salaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin dosenti Bəxtiyar Nəbiyev vurğulayıb. Alim deyib: “Azərbaycan 1991-ci ildə müstəqil bir dövlət kimi dünya siyasi xəritəsinə daxil oldu. Bu münasibətlər sisteminə daxil olan kimi müxtəlif xarici qüvvələrin bu və ya digər şəkildə dəstəklədiyi Ermənistanla müharibə şəraitinə düşdü. Ermənistan həm də dünya erməni lobbisi tərəfindən dəstək alırdı. Azərbaycan isə informasiya müharibəsində uduzur, işğallara baxmayaraq müqəssir tərəf kimi dünya ictimaiyyətinə təqdim edilirdi. Həmçinin ölkə daxilində ciddi hərc-mərclik başlamışdı. İqtisadiyyat dağılmış, neft hasilatı aşağı düşmüşdü. Ölkədə siyasi partiyaların, eləcə də yarı hərbi qrupların sayı artmışdı.

Bu bəlalardan qurtarmaq üçün xalq ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması üçün səfərbər oldu. Azərbaycana dövlətçilik təcrübəsi və milli duyğuları bir araya gətirə biləcək bir lider lazım idi. Qeyd edilənlərin məntiqi nəticəsi olaraq xalq bir çox ziyalısının timsalında Ulu Öndərə müraciət etdi. 1993-cü il 15 iyun Azərbaycan tarixinə Qurtuluş Günü olaraq yazıldı. Həmin ilin oktyabrında isə xalqın mütləq əksəriyyətinin səsi ilə ümummilli lider Heydər Əliyev Prezident seçildi. Artıq Azərbaycanda istər daxili siyasət, istərsə də xarici siyasət təsadüfi ifadələrdən xilas oldu, strategiya və konseptuallıq mərhələsi başlandı. Daha sonra cəbhə xəttində ordumuz düşmən qüvvələrini dayandırdı. Əks-hücuma keçərək Horadiz qəsəbəsini və bir çox əraziləri azad etdi. Lakin ümummilli lider Heydər Əliyev bilirdi ki, xarici və daxili bədxahların çox olduğu dövrdə hərbi əməliyyatların davam etdirilməsi dövləti gücdən sala bilər. Azərbaycan Ordusunun irəliləyişləri Ermənistanı danışıqlar masasına oturmağa vadar etdi. 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması milli diplomatiyamızın ilk qələbəsi sayıla bilər. Aktiv hücum əməliyyatlarının dayandırılması nəticəsində ölkənin daxili problemlərini həll etmək və xarici nüfuzunu artırmaq imkanı əldə edildi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Qərb investisiyalarının kütləvi daxil olduğu ilk postsovet məkanı ölkəsi oldu. İqtisadiyyata yeni nəfəs verildi. Həmçinin daxili iqtisadi və siyasi islahatlar aparıldı. Əsas məsələlərdən biri də o idi ki, ciddi şəkildə ordu quruculuğuna başlanıldı.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin strateji kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildi. Ölkə iqtisadiyyatının gücləndirilməsi üçün regional disproporsiyaların aradan qaldırılması əsas hədəflərdən biri kimi qəbul edildi. Regionların sosial-iqtisadi inkişafı gücləndirildi, bunun üçün müvafiq dövlət proqramlarının icrasına başlanıldı. Ən başlıcası Ermənistan təcavüzünün aradan qaldırılması üçün mühüm tədbirlər həyata keçirildi. Aparılan işlərin nəticəsi olaraq Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və müasir təchiz edilmiş silahlı qüvvələrinə çevrildi. 2016-ci il Aprel döyüşləri bunu Ermənistana və onu dəstəkləyənlərə sübut etdi.

Azərbaycan getdikcə yüksəlir, Ermənistan isə iflasa doğru gedirdi. Serj Sarqsyan hakimiyyətdən getdi. Özünü demokrat kimi qələmə verən Nikol Paşinyan hakimiyyətə gəldi. İlk zamanda onun hakimiyyətə gəlməsi prosesin sülhlə nizamlanmasına dair ümidlərə səbəb olsa da, müəyyən müddət sonra Nikolun “erməni mahiyyəti” üzə çıxdı. Paşinyanın xarici siyasətinin və iflasının göstəricisi Azərbaycan Prezidenti İlham Əliyev qarşısında “Valday”da və Münhendə rəzil olmasıdır. Prezident İlham Əliyev 2019-cu il oktyabrın 4-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış etdi və yüksək siyasi məharətini ortaya qoydu. 2020-ci il fevralın 15-də Münhendə Prezident İlham Əliyev tərəfindən debatda Paşinyan siyasi cəhətdən məhv oldu. Fevralın 15-də Münhen konfransının iştirakçıları və jurnalistlər Ermənistanın simasının nə olduğunu görə bildilər.

Paşinyanın siyasəti isə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində iflas etdi. Ermənistan hökumətinin prosesi pozmaq üçün atdığı addımlar Ermənistan ordusunun cəbhə xəttində Azərbaycan sərhədində təxribat xarakterli hərəkətləri ilə müşayiət olundu. 2020-ci ilin iyul ayında Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədindəki strateji yüksəklikləri ələ keçirmək üçün Tovuza hücum etməyə cəhd etdilər. Neft strategiyası və kommunikasiya siyasəti üçün belə bir vacib bölgədə davam edən şiddətli döyüşlərdən sonra düşmən əvvəlki mövqelərinə geri çəkildi. Erməni tərəfi xeyli canlı qüvvə, çox sayda zirehli texnika, radar avadanlığı, pilotsuz uçuş aparatları itirdi. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla 12 azərbaycanlı hərbçi döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə bu ölkənin silahlı qüvvələri sentyabrın 27-də səhər saat 6 radələrində Azərbaycan Ordusunun cəbhə xəttindəki mövqelərini ballistik raketlər, fosfor və kaset bombaları ilə bombaladı. Bombalar təmas xəttindəki sıx məskunlaşmış kəndlərlə birlikdə Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları ilə yanaşı Gəncə, Mingəçevir və digər yaşayış məntəqələri və cəbhə xəttindən yüzlərlə kilometr məsafədə yerləşən mülki infrastruktur obyektlərinə düşdü. Gəncə və Bərdədə faciə yaşandı. Raket zərbələrindən mülki insanlar, körpələr həlak oldu.

Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyuldu, ərazilərimiz azad edildi.

Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri iki ölkənin bir-birinə dəstəyini gücləndirdi. Türkiyənin siyasi cəhətdən Azərbaycanı dəstəkləməsi müharibənin gedişatına mühüm təsir göstərdi. Prezident İlham Əliyevin Türkiyə telekanallarına verdiyi tarixi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynadı. Dövlətimizin başçısı öz çıxışlarında Türkiyənin qardaşlıq dəstəyini daim xüsusi qeyd edir. Prezident İlham Əliyevin Pakistanla qurduğu siyasi əlaqələr bu qardaş dövlətin də siyasi dəstəyinin güclü olmasına gətirib çıxardı. Ölkəmizin xarici siyasətindəki uğurlu istiqamətlərdən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirakı, bu təşkilata üzv ölkələrlə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Beləliklə, Vətən müharibəsi zamanı bu ölkələrin göstərdiyi prinsipial mövqe sayəsində BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin maraqlarına zidd bir qərar qəbul edilməsinin qarşısı alındı.

Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri xalqımızın televiziyanı sevinc göz yaşları ilə izləməsi oldu. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi və orada Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalından azad olunduğunu elan etdi. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir yaşayış məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Beləliklə, döyüş əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın azad edilməsi müharibədə ermənilərin məğlubiyyətini tanımasına səbəb olan həlledici bir döyüş oldu. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə Bəyanat qəbul etdilər. Azərbaycan Vətən müharibəsini Qələbə ilə bitirdi.

Zəfərin qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, milli və konseptual siyasətinin nəticəsidir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu şərəfli tarix yazdı... Bu müharibədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı şəhidlərimiz, yaralananlarımız oldu. Vətən, torpaq yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI