REGİONLAR


Qış Məktəbi layihəsinin almaniyalı iştirakçısı: Ölkələr Azərbaycan tolerantlıq modelini nümunə götürməlidir VİDEO

Quba, 18 fevral, Elxan Yusifli, AZƏRTAC

Almaniyadakı Berlin Humboldt Universitetində beynəlxalq münasibətlərin tarixi və sosiologiya üzrə təhsil alıram. Eyni zamanda, Almaniya və Azərbaycan dövlətlərinin münasibətləri ilə bağlı tədqiqat aparıram. Bu istiqamətdə məqalələrim müxtəlif nəşrlərdə dərc olunub. Mən Azərbaycana, Quba rayonuna gəldikdən sonra buradakı tolerantlıq modeli barədə fikirlərimi daha da təkmilləşdirdim. Ölkənizdə müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması diqqətimi çəkdi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Almaniyadan olan iştirakçısı Urs Unkauf söyləyib.

Almaniyalı iştirakçı dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

“Biz Azərbaycanda dini və etnik müxtəliflik barədə mühazirələr dinlədik. Ölkənizin necə zəngin multikultural dəyərlərə malik olduğunu öyrəndik. Bir çox dünya ölkələri Azərbaycan tolerantlıq modelini nümunə götürməlidir”, - deyə Urs Unkauf bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.