ELM VƏ TƏHSİL


Qış Olimpiya Oyunlarında texniki yeniliklər təqdim olunacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Koreya Respublikasının Pxençxan şəhərində 2018-ci ilin fevralında Qış Olimpiya Oyunları keçiriləcək. Tədbirin təşkili üçün 2 milyard dollar xərclənib. Ölkə turistləri və tamaşaçıları, ilk növbədə, texniki yeniliklərlə təəccübləndirməyi planlaşdırır.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, olimpiadada sürücüsüz avtobuslar işləyəcək. Bu avtobusların daxilində şüşələrin əvəzinə böyük ekranlar quraşdırılıb. Pəncərədən mənzərəyə baxmaq mümkün olacaq. Lakin bu şüşələr faktiki olaraq, böyük planşetlərdir. Sərnişin bu ekranlar vasitəsilə olduğu yeri dəqiqləşdirə, xəbərləri və ya yarışmanı izləyə bilər.

Oyunlar zamanı yalnız insanlar deyil, robotlar da təhlükəsizliyi təmin edəcək. Onlar pilləkənlə irəliləyə, avtomobili idarə edə, qapıları aça, həmçinin insanları səs və zahiri görünüşünə görə tanıya bilir.

Koreyanın hər yerində virtual reallıq olacaq. Eyni zamanda 32 idman növü virtual reallıqda göstəriləcək. Həmçinin Koreya dilini bilməyənlər üçün dil baryerini məhv edəcək “GenieTalk” proqramı istifadəyə veriləcək. Koreya, ingilis, yapon, rus, ərəb və alman dillərini dəstəkləyən proqramın bazasında hər dildə 100-dən 800 minədək söz var.

Olimpiadada yüksəksürətli internet əlyetərli olacaq. Belə ki, ölkənin əsas provayderi “KT Corporation” 5G texnologiyasını sınaqdan keçirir. Bu, LTE-dən min dəfə daha sürətlidir. Məhz yüksəksürətli internet VR-translyasiyaların və idman yarışlarının yüksək dəqiqliklə nümayişini təşkil etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.