ELM VƏ TƏHSİL


Qış düşərgəsinə tələbələrin qeydiyyatı davam edir

Bakı, 18 yanvar, AZƏRTAC

Tələbələrin qış düşərgəsinə qeydiyyat prosesi davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgədə iştirak etmək istəyən tələbələr yanvarın 24-dək Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (riyazi analiz, cəbr və ədədlər nəzəriyyəsi fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Xatırladaq ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə fevralın 5-dən 13-dək Quba rayonunda təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.