MƏDƏNİYYƏT


“Qış fantaziyası 2018” festivalında rəqs ansambllarımız birinci yerə layiq görülüblər

Bakı, 9 yanvar, AZƏRTAC

Gürcüstanın Barjomi şəhərində "Qış fantaziyası 2018" rəqs festivalı keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, festivalda Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasının “Köhnə Bakı” və mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin “Xəzri” rəqs ansamblları iştirak edərək birinci yerə layiq görülüblər.

Baş İdarənin rəisi Cəlil Məlikov festivalda yer tutan rəqs ansambllarının kollektivi ilə görüşüb və onları təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.