İDMAN
Qış idman növləri üzrə Paralimpiya millimiz Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışına başlayıb
Bakı, 1 noyabr, AZƏRTAC
Qış idman növləri üzrə Paralimpiya milli komandamız Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışına başlayıb.
AZƏRTAC xəbər verir ki, paralimpiyaçı qızlarımız Aytac Qasımova və Gülnar Rəhimova hazırlığı dağ xizəyi və snoubord idman növləri üzrə “SKİ Dubai” kompleksində keçirlər. Onlar beynəlxalq dərəcəli məşqçilərin rəhbərliyi altında hazırlaşırlar. Noyabrın 8-də kişi idmançılarımız Ceyhun Mahmudov və Daşqın Abbasov qızlarla birlikdə hazırlığa başlayacaqlar.
Millimizin baş məşqçisi Məhəmməd İsmayılov Beynəlxalq Paralimpiya Komitəsinin təşkil etdiyi məşqçilərin hazırlıq kurslarında iştirak edir.
Qeyd edək ki, idmanın bu növü Azərbaycan Paralimpiya hərəkatı tarixində ilk dəfə olaraq yaranır və idmançılar Uşaq Paralimpiya Komitəsinin və digər Paralimpiya idman növlərinin idmançıları arasından seçiliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]