CƏMİYYƏT


“Qış kuboku”nda növbəti oyun keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi, “Maximum Education & Consulting” və “Xəmsə” MİO-nun dəstəyi, Lənkəran Klubun təşkilatçılığı ilə, şəhərin Bəlləbur kənd orta məktəbində Xəmsə Milli İntellektual Oyunu üzrə “Qış kuboku” nun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, 8 komandanın iştirak etdiyi yarışda “Zirvə” komandası birinci yeri tutaraq “Qış kuboku”nun finalına vəsiqə qazanıb.

Qeyd olunub ki, final mərhələsinin 16 məktəb arasında keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.