REGİONLAR


“Qış məktəbi”ndə tələbələr üçün növbəti seminar

Lənkəran, 10 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin üçüncü günü tələbələr üçün “Azərbaycanın Cənub-Şərq bölgəsində aşkarlanmış dəfinələr” mövzusunda seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Dövlət Universitetinin baş müəllimi, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov mövzuyla bağlı çıxış edib.

M.Cəfərov çıxışında bildirib ki, ölkəmizin müxtəlif bölgələri kimi, cənub bölgəsi də zəngin maddi-mədəniyyət nümunələri, o cümlədən numizmatik materiallarla zəngindir. Burada aşkarlanan tapıntılar və sikkə dəfinələri bölgənin Azərbaycanın siyasi-iqtisadi və mədəni mərkəzlərindən biri olduğunu sübut edir.

Alim daha sonra deyib ki, Cənub-Şərq regionunda aşkarlanmış numizmatik tapıntıların araşdırılması və tədqiqi vacib məsələlərdən biri hesab olunur. Çoxəsrlik Azərbaycan dövlətçilik tarixinin, onun atributlarının öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir.

Layihə iştirakçıları günün ikinci yarısında “Böyük Bazar” məscidini, Həzi Aslanovun ev-muzeyini və “Şeyx Zahid” türbəsini ziyarət ediblər.

Qeyd edək ki, fevralın 11-dək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onları ölkəmizdə mövcud olan multikultural durum və tolerant mühit ilə tanış etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.