DÜNYA


Qış mövsümündə Latviyada qripdən dünyasını dəyişənlərin sayı altmışı ötüb

Riqa, 8 mart, AZƏRTAC

Latviyada qış mövsümündə 61 nəfər qripdən dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, sonuncu ölüm faktı ötən həftə baş verib. Belə ki, 20 yaşlı gənc qrip virusu nəticəsində yaranan ağırlaşmadan dünyasını dəyişib. Ölənlərin heç biri peyvənd almayıb.

Ölüm hadisələri əsasən 4-14 yaşarası uşaqları əhatə edir. Məsələnin ciddiləşməsini nəzərə alan Latviya Səhiyyə Nazirliyi hələ yanvarın 15-də ölkədə həyəcan təbili çalmışdı.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.