REGİONLAR


Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikanın nəqliyyat sektorunda görülən işlər müzakirə edilib

Naxçıvan, 24 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar avqustun 26-da keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı muxtar respublikanın nəqliyyat sektorunda bir sıra işlər görülüb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində sərnişindaşıma xidməti ilə məşğul olan sürücülər üçün keçirilən seminar-müşavirədə bu barədə danışılıb.

Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əliyev, Elxan Novruzov, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cəfər Zamanovun çıxışları olub.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı, ilk növbədə, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha nəzərdən keçirilib, qrafiklər daha da təkmilləşdirilib. Xətlərə çıxan avtobus və taksilərin Daxili İşlər Nazirliyi ilə birlikdə texniki müayinələri təşkil olunub. Müəyyən edilən nasazlıqlar aradan qaldırılıb, avtobus sürücülərinə lazımi kömək göstərilib.

Qeyd edilib ki, sərnişin və yük daşınmaları ilə məşğul olan sürücülərin başlıca vəzifələrindən biri də avtomobillərini vaxtında texniki müayinədən keçirməkdir. Bu məqsədlə müntəzəm olaraq reydlər təşkil edilib, avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, marşrutlarda hərəkət qrafikinə nəzarət artırılıb. Qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitəsi sahibləri aşkar edilib, intizama tabe olmayan 66 nəfərin siyahısı tədbir görülməsi üçün muxtar respublika Daxili İşlər Nazirliyinə göndərilib. Sentyabr ayı ərzində müəyyən olunmuş qaydalara əməl etməyən 9 taksi sürücüsü haqqında müvafiq tədbirlər görülüb və onların fəaliyyəti 4 gün müddətinə dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.