CƏMİYYƏT


Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir

Bakı, 29 sentyabr, AZƏRTAC

Şirvan şəhərində, Ağcabədi, Beyləqan, Sabirabad, Kürdəmir və Saatlı rayonlarında qazlaşdırılmayan 27 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, bu günədək həmin şəhər və rayonların əhalisi 1269.17 kubmetr həcmində oduncaqla təmin edilib: “Ağcabədi rayonu üzrə 363.33, Beyləqan rayonu üzrə 196.84, Sabirabad rayonu üzrə 278, Şirvan şəhəri üzrə 109, Kürdəmir rayonu üzrə 178, Saatlı rayonu üzrə isə 144 kubmetr oduncaq tədarük olunub”.

C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət edə bilərlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.