İDMAN


Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb

Bakı, 22 may, AZƏRTAC

Noyabrda Kazanda keçirilməsi nəzərdə tutulan qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Üzgüçülük Liqası (LEN) məlumat yayıb. Məlumatda qitə birinciliyinin gələn il noyabrın 2-7-də keçiriləcəyi qeyd olunub.

Bir neçə gün əvvəl dekabrda keçirilməsi planlaşdırılan qısa hovuzda üzgüçülük üzrə dünya çempionatı da koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınmışdı. Beynəlxalq Üzgüçülük Federasiyasının qərarına əsasən, dünya çempionatı gələn il dekabrın 13-dən 18-dək Əbu-Dabidə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.