İQTİSADİYYAT
Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102027510 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 18,284,400.00 manat təşkil edib. Sifarişlər 90.9771 manat (19.9999 faiz) və 92.0191 manat (17.4899 faiz) qiymət intervalında təqdim olunub.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.4515 manat (18.8500 faiz) orta ölçülmüş qiyməti 91.7116 (18.2247 faiz) təşkil edib. İstiqrazlar gələn il iyunun 27-də ödəniləcək.
Eyni zamanda, BFB-də Maliyyə Nazirliyinin manat nominallı, AZ0104028516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 3 investor tərəfindən 6 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14,743,300.00 manat olub. Sifarişlər 82.0483 manat (21.9999 faiz) və 87.7784 manat (13.9999 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 82.7233 manat (20.9999 faiz) orta ölçülmüş qiyməti 83.4716 (19.4716 faiz) təşkil edib. İstiqrazlar 2017-ci il dekabrın 26-da ödəniləcək.