İQTİSADİYYAT


Qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti 90.9544 AZN (9.9999 faiz) və 93.4000 AZN (7.1053 faiz) olan 17 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8526 AZN (7.7399 faiz), orta ölçülmüş qiyməti 92.8771 AZN (7.7114 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75 milyon 164 min 200.00 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il yanvarın 21-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.