İQTİSADİYYAT


Qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104002875 ISIN-li, 20 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 89,3382 AZN (12 faiz) və 94,4753 AZN (5,88 faiz) olan 25 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,1568 AZN (6,24 faiz), orta ölçülmüş qiyməti 94,1934 AZN (6,1985 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 73 milyon 947 min 700 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il fevralın 1-də ödəniləcək. Hərrac iştirakçıları fevralın 3-dək (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.