İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 30 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 252 gündür. Notlar noyabrın 2-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Təqdim edilən sifarişlər üzrə qiymət diapazonu məhdudiyyəti tətbiq olunmur.
Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.