İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100153S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,507,500.00 manat təşkil edib. Sifarişlər 98.9200 manat (14.5572 faiz) və 98.9400 manat (14.2847 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.9200 manat (14.5572 faiz), orta ölçülmüş qiyməti 98.9316 manat (14.3991 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 3,507,500.00 manat məbləğində müəyyənləşdirilib. Notlar fevralın 1-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]