İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100353S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,000,000.00 manat təşkil edib.
Sifarişlər 98.8475 manat (14.9906 faiz) və 99.0371 manat (12.5005 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99.0371 manat (12.5005 faiz), orta ölçülmüş qiyməti 99.0371 manat (12.5005 faiz), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 5 milyon manat məbləğində müəyyən edilib. Notlar fevralın 15-də ödəniləcək.