İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100457S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 100 000 000 manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 320,429,500.00 manat təşkil edib. Sifarişlər 99.2278 manat (10.01 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 manat (10.01 faiz), orta ölçülmüş qiyməti – 99.2278 manat (10.01 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 manat məbləğində müəyyən edilib. Notlar avqustun 2-də ödəniləcək.