İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100158S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 100 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 417,389,600.00 manat təşkil edib. Sifarişlər 99.2278 manat (10.01 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 manat (10.01 faiz), orta ölçülmüş qiyməti – 99.2278 manat (10.01 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 manat məbləğində müəyyən edilib. Notlar avqustun 9-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]