İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100259S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 13 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 260,410,600.00 AZN təşkil edib. Sifarişlər 99.1148 AZN (11.48 faiz) və 99.2278 AZN (10.01 faiz) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN manat məbləğində müəyyən edilib. Notlar sentyabrın 9-da ödəniləcək.